Avropanın ən yaxşı 7 avtomobil muzeyi
Avtomobil muzeyləri populyarlığına və insan gəlişinə görə endirimlər vaxtı brend mağazaları ilə rəqabət apara bilər. Muzeylər bütün ili, səhərdən-axşama qədər işləyir və orada daim ziyarətçilər var. Keçmiş avtomobillərin formasına baxaraq avtomobillərin inkişafını izləməkdən maraqlı nə ola bilər ki? Marifia dərgisi sizə Avropada gedə biləcəyəniz ən yaxşı 7 avtomobil muzeyinin siyahısını hazırlayıb.
Şimali İtaliyada, Modena şəhərindən 18 km aralıda Maranello adlı kiçik şəhərcik var. Bu şəhərcik Ferrarinin zavodu, baş-ofisi və muzeyi ilə məhşurdu. Siz burada təzəcə Ferrari Californianı yarım saatı 80 avroya olmaqla icarəyə götürə bilərsiniz. Sizin yanınızda təcrübəli instruktor nəyi necə etməyinizi başa salacaq. Yarım saat ferrarinin sükanı arxasında oturmaqla uşaqlıq arzunuzu həyata keçirmiş olacaqsınız.
Muzeyə girərkən gördüyünüz ilk eskponat 1951ci il istehsalı olan Ferrari 166 F2di, onun yanında isə 265 at gücünə malik 1955ci il istehsalı olan Ferrari-Lancia dayanıb. Təbii ki, bu maşınlar bugünkü lüks və komfortdan çox uzaqdılar. Muzeydə məhşur kanadalı pilot- Jil Vilyenevin idarə etdiyi 1980cı il istehsalı olan Ferrari 312 T5 markası saxlanılır. Burada Ferrarinin fəxri olan 575 Marnello markasını və hətta Andrea Bertollinin yarış zamanı geyindiyi geyimi də görə bilərsiniz. Muzeyə səhər-turistlərin az olduğu vaxtda getməyiniz daha yaxşı olardı.
Katolinya mühəndisləri elm və texnika muzeyini yaratmaq barədə hələ XIX əsrin əvvələrindən fikirləşirlər. Lakin onların bu ideyası 1983cü ildə reallaşdı. Onlar 1983cü ildə Terrasda keçmiş toxuculuq fabrikini ələ keçirən mühəndislər burada muzey açmaq qərarına gəlirlər. Fabrikin quruluşu muzey üçün çox sərfəli idi, içəridə divarlar yox idi, sadəcə 300ə yaxın dayaq dirəkləri quraşdırılmışdı.Muzeyin əsas hissəsi nəqliyyat vasitələrinə həsr olunub. Muzeyin mirvarilərindən biri 1923cü il istehsalı olan Ford TT avtomobilidi. Digər dəyərli eksponatlardan biri də, Stremaer şirkətinin ilk və yeganə buxar avtomobili olan Locomobile Stremaerdi.
Daimler AG zavodunun nəznində ilk muzey 1923cü ildə açılmışdı. Həmin tarixdən bugünə qədər muzeyi dünyanın bütün yerlərindən milyonlarla turist ziyarət etmişdi. 2006cı ildə muzeyin sahəsi bir qədər də genişləndi və nəhəng Mercedes-Benz-Weltnkompleksi yaradıldı. Bu muzey binasının həm xarici, həm də daxili görünüşündən zövq olmaq olur. UN Studio inşaat şirkətinə binanın tikilməsi 150 milyon avroya başa gəlmişdi. Binanın ümumi sahəsi 35000 kv metrdən çox təşkil edir.
Muzey ziyarətçiləri ekskursiyanı mərkəzdə yerləşən əsas girişdən daxil olaraq başlayır, sonra lift ilə ikinci mərtəbəyə çıxırlar. Bundan sonra ziyarətçilərin turu davam etdirmək üçün 2 variantı olur. Lakin bu variantların hansının seçilməsi o qədər də önəmli deyil. Ziyarətçi istədəyi qədər istədiyi eksponatın yanında duraraq ona tamaşa edə bilər. Buradakı hər bir eksponatla yaxından tanış olmaq istəsəniz, bir gün sizə bəs etməyəcək.
BMWya həsr olunmuş muzey Münhen şəhərində, BMWnın baş ofisinin yanında yerləşir. Muzeyin ümumi sahəsi 5000 metr kvadratdı. Hər gün muzeyə 25 000ə qədər ziyarətçi təşrif buyurur. Muzeydə 550ə yaxın eskponat vardı, lakin onların sayı artmaqdadı. BMW həvəskarları burada özlərini cənnətdəki kimi hiss edəcəklər.
Ən görünən yerdə İngiltərədən gətirilən və tamamilə bərpa olunan 1934cü il istehsallı BMW 315 dayanıb. Bu maşın müharibədən sonra Almaniyadan çıxarılmışdı. Yuxarı mərtəbədə idman maşınları dayanıb. Burada Formula 1 iştirakçıları olmuş avtomobillər geniş yer tutur. Burada BMW 328 Mille Miglia bolidləri xüsusi diqqət çəkir. Onlar Mussolini və Hitlerin mərcinə əsasən düzəldilmişdi. Mussolini və Hitler hansı ölkənin Berlin-Roma-Berlin marşrutunu daha tez keçəcəyi barədə mərcləşmişdilər. Təssüf ki, müharibə bu mərcin reallaşmasına imkan vermədi. Burada BMWnın ən məhşur modelləri olan BMW 501, BMW 502 markaları yerləşdirilib. Muzeyin zalları ilə saatlara gəzmək mümkündü.
Porcshe Muzeyi
Audi Muzeyi
İqnolşdat vilayəti Audi istehsalçıları üçün çox uğurlu ərazidi. Burada Audinin baş-ofisi, muzeyi və zavodu yerləşir. Muzey 2000ci ildə tikilib, onun görünüşü böyük şüşə silindrə bənzəyir. Muzeyə ziyarət 3cü mərtəbədən başlayır, burada 1899-1945ci illərin istehsalı olan modellər yerləşdirilib. Məhz bu illərdə avtomobil və motosiklet markaları olan Horch, Audi, DKW və Wanderer yaradılmışdı.
1932ci ildə bu şirkətlər birləşərək Auto Union şirkətlər qrupunu yaratmışdı. Şirkətin emblemi də məhşur dörd həlqə olmuşdu. Əfsanəvi qadın pilot Michelle Mutonun idarə etdiyi Audi Rallye Quattro A2 avtomobili muzeydə saxlanılır. Həmçinin burada, saatlarla baxdıqdan sonra belə doymaq olmayan müasir kabrioletlər vardı.
AutoStadt
Volkswagen kimi böyük avtomobil şirkəti təbii ki, muzey mövzusuna toxunmaya bilməzdi. 2000ci ildə Volkswagen şirkətinin tarixinə həsr olunmuş AutoStadt kompleksi açılmışdı. Hər şey Volkswagenin istehsalının artırılması üçün işlərinin başlanmasından başlandı. Şirkət rəhbərləri ofisi genişləndirmək istəyiridilər. Onların bu ideyası o qədər dərinə getdi ki, burada Zeithaus muzeyi, 2 nəhəng yeni maşınlarla təchiz olunmuş avtosalon, test-drayv üçün məkanlar tikildi. Zeithaus muzeyində əsas eksponat təbii ki, Beetle kabrioletidi.
Kabriolet 1938ci il istehsallı “Juke”du. Bu avtomobil zavodun rəsmi açılışından xəbər verirdi.) Burada digər avtomobil markalarının nümunələri də var: Ford T, Rover Mini, Cadillac və s. 2003cü ildə Le-Manda qalibiyyət qazanan Bentley Speed 8 də bu muzeydə saxlanılır. Muzeydə ekskurisya yuxarı mərtəbədən başlayır və siz getdikcə aşağı mərtəbəyə düşürsünüz. Ekskursiya zamanı siz ekponatlara toxuna və onlarla şəkil çəkdirə bilərsiniz.
marifia.com
Avtomobil həvəskarlarının diqqətinə:
Aylıq 543 AZN- dən başlayan kredit şərti ilə Eado DT modellərinə maksimum 5 il müddətinə sahib ola bilərsiniz.
Davamı →